Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminin yayım tarixi açıqlanıb.

Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminin yayım tarixi açıqlanıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Rossiya-1" telekanalı məlumat yayıb.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da "Rossiya" kanalında canlı yayımlancaq", - deyə efirdə qeyd olunub.

Qeyd edək ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V. Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib və beşinci dəfə Rusiya prezidenti seçilib.