"Qalatasaray" Mauro İkardinin zədəsi barədə açıqlama yayıb

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin durumuna aydınlıq gəlib.

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin durumuna aydınlıq gəlib.

meqale.com apasport.az-a istinadla bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu bu gün tibbi müayinədən keçib. Nəticədə onun ayağının sağ arxa əzələsində 2-ci dərəcə yırtıq olduğu aşkarlanıb. "Sarı-qırmızılar" forvardın müalicəsinə başlanıldığını bildirib.