"Qalatasaray" ulduz futbolçunu almaq üçün anasına üz tutdu

"Qalatasaray" klubunun rəsmiləri "Yuventus"un ulduz futbolçusu Adrien Rabyonu transfer etmək niyyətindədirlər.

"Qalatasaray" klubunun rəsmiləri "Yuventus"un ulduz futbolçusu Adrien Rabyonu transfer etmək niyyətindədirlər.

meqale.com oxuya istinadən xəbər verir ki, "sarı-qırmızılar" Rabyonu "Yuventus"da qazandığı 7.5 milyon avro maaşdan yuxarı təkliflə razı salmağa hazırlaşırlar.

Transferin baş tutması üçün "Qalatasaray" rəhbərliyi həm də Rabyonun meneceri olan anası ilə də danışıqlara başlayıb.

Qeyd edək ki, "Qalatasaray" daha öncə Viktor Osimheni də heyətinə qatıb.