"Qarabağ"da qalmaq istəyirmiş, xanımı qarşısını kəsib
Azərbaycan millisinin və "Qarabağ"ın braziliyaəsilli sabiq futbolçusu Riçard Almeydanın buradan ayrılmasının səbəbkarı məlum olub.
Bu, onun xanımıdır.
meqale.com sportinfo.az-a istinadla bildirir ki, 35 yaşlı yarımmüdafiəçi həyat yoldaşının təkidi ilə "Qarabağ"la kontraktına 4 ay tez xitam vermək məcburiyyətində qalıb.
Belə ki, o, həm Braziliyada qurduqları biznesi idarə etmələri, həm də orada yaşayan yaxınları üçün darıxdığını deyərək, Riçardın məşqçi kimi burada qalıb akademiyada fəaliyyət göstərməsinin qarşısını alıb.
Yoxsa yığmamızın sabiq üzvü hələ uzun illər "Qarabağ"a xidmət etmək niyyətində olub və bunu klubun rəsmilərinə də bildirib.
Almeyda artıq ölkəsinə qayıdıb və "Primavera"nın şərəfini qoruyur. Komanda hazırda A2 Liqasında mübarizə aparır.
2012-2018-ci, 2019-cu və 2021-1025-ci illərdə Ağdam təmsilçisində çıxış edən "sambaçı" 376 oyunda 64 qol vurub. Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə "Qarabağ"ın formasını geyinib.