“Qarabağ”dan azarkeşlərə MÜRACİƏT
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab oyunundan öncə azarkeşlərə müraciət edib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Klub bu gün keçiriləcək matçda iştirak edəcək azarkeşləri stadiona tez gəlməyə çağırıb. Tofiq Bəhramov adına Respublika stadionunun qapıları görüşün start fitindən 2 saat əvvəl açılacaq. "Qarabağ" azarkeşlərdən daha tez gəlib tribunalarda öz yerlərini tutmasını, bununla da yoxlama nöqtələrində sıxlığı azaltmasını, stadiona daha rahat daxil olmasını, komandanı isinmə dəqiqələrindən dəstəkləməsini xahiş edib.