“Qarabağ”dan Respublika stadionunda daha bir yenilik - FOTO

"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda daha bir yenilik edib.

“Qarabağ”dan Respublika stadionunda daha bir yenilik - FOTO
"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda daha bir yenilik edib.

VİP biletə sahib azarkeşlər bundan sonra 14 və 15-ci sektorlarda yox, qarşı tribunada - iri həcmli monitor olan sektorlarda yer alacaq. Belədə media sektorun yeri nisbətən dəyişdirilib.

meqale.com sportinfo.az saytına istinadən xəbər verir ki, həmin sektorlarda oturacaqlar artıq qırmızı örtüklərlə qapadılıb, VİP azarkeşlər üçün stadionun ərazisində restoranın inşasına başlanıb. Buna səbəb əvvəlki VİP-lojanın UEFA-nın ixtiyarına verilməsidir.

Daha əvvəl xəbər verdiyimiz kimi, "Qarabağ" klubu Avropa təcrübəsindən yararlanaraq sektorlara işğaldan azad olunan rayonların adını verib.