“Qarabağ”ın 2 oyununa azarkeş buraxılmayacaq
"Qarabağ" bu həftə keçirəcəyi yoxlama oyunları ilə bağlı azarkeşlərə müraciət edib.
meqale.com xəbər verir ki, bu barədə klubun açıqlamasında bildirilib.
Qeyd edilib ki, komandanın yanvarın 9-u "Kəpəz", 12-i isə "Zirə" ilə keçirəcəyi yoldaşlıq görüşləri yalnız media nümayəndələri (PFL-in media vəsiqəsi ilə) üçün açıq olacaq.