"Qarabağ"ın Avropa Liqasında düşdüyü səbət bəlli oldu

Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ", UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizəsinə davam edəcək.

Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ", UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizəsinə davam edəcək.

meqale.com offsideplus.az-a istinadən bildirir ki, Azərbaycan təmsilçisi bu mərhələdə 3-cü səbətdə yer alacaq.

Yarışda iştirak edəcək klubların səbətləri aşağıdakı kimi müəyyənləşib: Birinci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Tottenhem" (hər ikisi İngiltərə), "Ayntraxt" (Almaniya), "Portu" (Portuqaliya), "Reyncers" (Şotlandiya), "Slaviya" (Çexiya).

Birinci və ya ikinci səbətdə: "Real Sosyedad" (İspaniya).

İkinci səbət: AZ (Alkmaar, Niderland), "Lion" (Fransa), "Fənərbağça" (Türkiyə), "Olimpiakos" (Yunanıstan).

İkinci və ya üçüncü səbət: "Qarabağ" (Azərbaycan), "Qalatasaray" (Türkiyə), "Budyo Qlimt" (Norveç), "Yunion" (Belçika), "Dinamo" (Kiyev, Ukrayna).

Üçüncü və ya dördüncü səbət: "Midtyullann" (Danimarka), "Malmö" (İsveç), "Atletik" (Bilbao, İspaniya), "Hoffenhaym" (Almaniya), "Nitsa" (Fransa), "Tvente" (Niderland).

Qeyd edək ki, Avropa Liqasının püşkatma mərasimi avqustun 30-da baş tutacaq.

"Qarabağ" bu mərhələdə öz səbətindən və digər səbətlərdən iki komanda ilə qarşılaşacaq. Komandalar ümumilikdə 8 oyun keçirəcək (4 ev, 4 səfər).