“Qarabağ”ın qapıçısı “Atletik”lə matçda 2 penalti qaytardı - VİDEO
"Qarabağ" U-19 komandası UEFA Gənclər Liqasında "Atletik"lə qarşılaşır.
                        meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda davam edən matçda Ağdam təmsilçisinin qapıçısı Teymur Həsənov iki penalti qaytarıb.
O, əvvəlcə matçın 57-ci dəqiqəsində Peio Huestamendianın 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsinə mane olub.
70-ci dəqiqədə isə Manex Lozanonun penaltisinin qarşısını alıb. Epizodun davamı qol olsa da, T.Həsənov 2 penalti qaytarmaqla diqqət çəkib.