“Qarabağ”ın rəqibindən rekord

Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın rəqibi olan "Bayer" tarixinin rekordunu təkrarlayıb.

“Qarabağ”ın rəqibindən rekord
Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın rəqibi olan "Bayer" tarixinin rekordunu təkrarlayıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Xabi Alonsonun yetirmələri cari mövsümdə Bundesliqada 21-ci qələbəsini qazanıb.

Leverkuzen təmsilçisi XXV turda "Volfsburq"u 2:0 hesabı ilə məğlub edib. "Bayer" tarixi ərzində Bundesliqada 21-dən çox qələbə qazanmayıb.

Leverkuzenlilər indiyədək yalnız bir dəfə mövsümdə 21 dəfə qalib gəlib. Bu, komandanın gümüş medal qazandığı 2001/02 mövsümünə təsadüf edib.