"Qarabağ"ın ulduzu tarix yazdı

"Qarabağ"ın futbolçusu Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal nailiyyətə imza atıb.

"Qarabağ"ın futbolçusu Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal nailiyyətə imza atıb.

meqale.com oxu.az-a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi üç fərqli oyunda - "Hakken" (2023-cü il dekabr), FKSB (2025-ci il yanvar) və "Atletik"ə qarşı görüşlərin hər birində 1-ci dəqiqədə qol vurmaqla tarixə düşüb.

Andrade bu nəticə ilə Avropa turnirlərində üç fərqli matçda ilk dəqiqədə qol vuran ilk futbolçu olub.