“Qarabağ” püşkü gözləyir
Bu gün Avropa Liqasının Liqa mərhələsinin püşkü atılacaq.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri bəlli olacaq.
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkatmada təmsilçimizin qarşılaşacağı 8 komanda bəlli olacaq.
"Qarabağ" 3-cü səbətdə yer alıb. Azərbaycan çempionu hər səbətdən iki komanda ilə - biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.
Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-26-da başlayacaq.
1-ci səbət "Roma" "Mançester Yunayted" "Porto" "Ayaks" "Reyncers" "Ayntraxt" "Latsio" "Tottenhem" "Slaviya"
2-ci səbət "Real Sosyedad" "Alkmaar" "Braqa" "Olimpiakos" "Lion" PAOK "Fənərbaxça" "Makkabi" TƏ "Ferentsvaroş"
3-cü səbət "Qarabağ" "Qalatasaray" "Viktoriya" Pl "Bodo Qlimt" "Union Sent Jiloaz" "Dinamo" K "Lüdoqorets" "Midtulland" "Malmö"