“Qarabağ” yarımfinalda!
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
meqale.com xəbər verir ki, ilk olaraq "Qarabağ"la "Səbail" üz-üzə gəlib.
İlk oyunda tək qolla qalib gələn ağdamlılar cavab matçında da üstün olub. Qonaqlar "Qarabağ"ın erkən qoluna cavab versə də, bundan artığına gücü çatmayıb - 3:1.
İki oyunun nəticəsinə görə 4:1 hesabı ilə üstün olan Ağdam klubu yarımfinala vəsiqə qazanan ilk komanda olub.
Azərbaycan Kuboku
1/4 finalın cavab oyunu
"Qarabağ" - "Səbail" 3:1