Qazaxın azad olunan kəndindən görüntülər - VİDEO - FOTO
Xəbər verdiyimiz kimi, Qazaxın 30 ildən sonra işğaldan azad olunan kəndlərinə jurnalistlərin səfəri başlayıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, media nümayəndələri artıq Qazaxın işğaldan azad olunan Qızılhacılı kəndindədirlər.
Media tur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutub. Səfər zamanı ərazi barəsində media nümayəndələrinə ətraflı məlumat verilir.
Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.