Qərb ölkələri Ukraynanın qalib gəlməsini istəmir?
Qərb ölkələri hələ də Ukraynanın döyüş meydanında qalib gəlməsini istəməyə qərar verməyiblər.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.
Pevkur bildirib ki, Qərb siyasətçiləri çox sadə bir sualla üzləşirlər:
"Biz Ukraynanın döyüşməsini istəyirik, yoxsa qalib gəlməsini? Məncə Ukraynanın qalib gəlməsi üçün bütün Qərb ölkələri Kiyevin ehtiyaclarına ÜDM-in ən azı 0,25%-ni ayırmaq üçün uzunmüddətli qərar qəbul etməlidirlər". Qeyd edək ki, Estoniya və Ukrayna artıq təhlükəsizlik sazişi izmalayıb. Onun bir hissəsi olaraq, Estoniya hökuməti 2024-2027-ci illər ərzində Ukraynaya hərbi yardım üçün hər il ÜDM-in ən azı 0,25%-ni ayırmağı öhdəsinə götürüb.