Qəzadan sağ çıxan Ayhan: "3-cü dəfə havaya qalxanda təyyarə vuruldu"

"Mən ayılanda təyyarənin içində başıaşağı idim".

Qəzadan sağ çıxan Ayhan:
"Mən ayılanda təyyarənin içində başıaşağı idim".

meqale.com Baku TV-yə istinadın xəbər verir ki, bunu təyyarə qəzasından sağ çıxan sərnişin Ayhan Bayramzadə deyib.

"Təyyarə birinci dəfə enmək istədi, ancaq alınmadı. Dedik ki, yəqin, uçuş zamanı rast gəlinən haldır. İkinci dəfə də cəhd etdi, yenə enə bilmədi. Üçüncü dəfə artıq havaya qalxanda təyyarə vuruldu. Partlayış səsi gəldi. Bələdçi Zülfüqar bəy bizi sakitləşdirməyə gəlirdi, o da qolundan yaralandı. Həmin vaxt Hökumə xanım sərnişinləri sakitləşdirirdi.