"Qəzzada müharibə davam edəcək"
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenə deyib ki, o, girov müqaviləsinin bir hissəsi kimi Qəzzada müharibənin dayandırılmasını qəbul etməyəcək.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə İsrail rəsmisi bildirib.
"O, Blinkenə dedi ki, biz razılığa gəlməkdə maraqlıyıq və eyni zamanda, HAMAS-ı devirməkdə qərarlıyıq", rəsmi mənbə deyib.
Baş nazirin Ofisi də yaydığı açıqlamada Netanyahunun HAMAS ilə girov razılaşmasının Rəfaha girməkdən vaz keçməklə heç bir əlaqəsi olmadığını Blinkenin diqqətinə çatdırdığı qeyd olunub: "Rəfah əməliyyatı heç nədən asılı deyil. Baş nazir Netanyahu bunu katib Blinkenə açıqlayıb", - açıqlamada qeyd olunub.
Dövlət Departamentinin sözçüsü Metyu Miller isə görüşə dair bəyanatında vurğulayıb ki, Blinken "ABŞ-ın Rəfahla bağlı dəqiq mövqeyini bir daha təkrarlayıb".
Lakin ABŞ-ın mövqeyinin nədən ibarət olması barədə izah verilməyib.