Qırmızı aldı, hakimə ayaqla zərbə vurdu - AFFA-dan qərar

AFFA İntizam Komitəsinin bugünkü iclasında Region Liqasında baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.

Qırmızı aldı, hakimə ayaqla zərbə vurdu - AFFA-dan qərar
AFFA İntizam Komitəsinin bugünkü iclasında Region Liqasında baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.

meqale.com xəbər verir ki, "İmişli Bələdiyyəspor"un futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəzalandırılıb.

O, Region Liqasında "Ağsu Siti" ilə keçirilən oyunun 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələdiyi, sonra isə ayaqla zərbə endirdiyi, bu səbəbdən də oyunun yarımçıq dayandırıldığı üçün bu cəzanı alıb.