Qızıl uzun fasilədən sonra ilk dəfə ucuzlaşdı
ABŞ və Çin arasında ticarət müharibəsinin yumşalacağına dair xəbərlərdən sonra investorların mənfəət satışına yönəlməsi qızıl bazarında ciddi enişə səbəb olub. meqale.com xəbər verir ki, qızılın spot qiyməti 6,3% azalaraq bir unsiya üçün 4 082 dollar təşkil edib. Bu, 2020-ci ilin avqust ayından bəri qeydə alınan ən yüksək azalma göstəricisidir.
                        Spot bazarda gümüşün qiyməti də əhəmiyyətli dərəcədə - 8,7% azalaraq bir unsiya üçün 47,9 dollar olub.
Dünən 4 min 381 dollar səviyyəsinə qalxaraq tarixinin ən yüksək göstəricisini yeniləyən unsiya qızıl, bu gün ABŞ-Çin ticarət münasibətlərində gərginliyin azalması və investorların satışa keçməsi ilə sürətlə dəyər itirib. Gün ərzində unsiya qızıl 180 dollar ucuzlaşaraq 4 min 174 dollar səviyyəsinə düşüb.
Bütün bu enişə baxmayaraq, qızıl bu il ərzində investorlarına hələ də yüksək gəlir qazandırıb. Analitiklərin məlumatına görə, iqtisadi qeyri-müəyyənliklər, geosiyasi risklər, mərkəzi bankların alışları və dolların zəifləməsi nəticəsində unsiya qızıl ilin əvvəlindən bəri 62 faizdən çox bahalaşıb.