Qonşumuzda Ramazanla bağlı fərqli qərar: martın 12-də…

Dağıstan Müftiliyi müsəlmanların müqəddəs Ramazan ayının ilk gününün martın 12-nə təsadüf etdiyini elan edib.

Qonşumuzda Ramazanla bağlı fərqli qərar: martın 12-də…
Dağıstan Müftiliyi müsəlmanların müqəddəs Ramazan ayının ilk gününün martın 12-nə təsadüf etdiyini elan edib.

meqale.com axar.az-a istinadla xəbər verir ki, bu barədə müftiliyin Teleqram kanalında məlumat yayılıb.

"Dağıstan Respublikasının Müftiliyi bu il Ramazan ayının ilk gününün martın 12-nə təsadüf etdiyini elan edir", - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi Ramazan ayının birinci gününün martın 11-nə təsadüf etməsi barədə fitva verib.

Ənənəvi ayırıcı siyasətinə sadiq qalan İran da 12 martı Ramazan ayının ilk günü elan edib.