Qurban bayramında neçə gün evdə olacağıq?

İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq.

Qurban bayramında neçə gün evdə olacağıq?
İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq.

meqale.com axar.az-a istinadən bildirir ki, 15 iyun - Qurtuluş günü, 16 və 17 iyun isə Qurban bayramı qeyd olunacaq.

Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 15-16 iyun tarixləri şənbə və bazar olduğu və bayram günlərinə düşdüyü üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.

Yəni 15, 16, 17, 18 və 19 iyun - ardıcıl 5 gün qeyri-iş günləridir.