Qurban Qurbanov “qırmızı vərəqə” epizodundan DANIŞDI

"İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu".

Qurban Qurbanov “qırmızı vərəqə” epizodundan DANIŞDI
"İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu".

meqale.com oxuya istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında "Bayer"ə (2:3) məğlubiyyətdən sonra hava limanında jurnalistlərin sualına cavab olaraq deyib.

"Epizodlara baxdım. İngilis hakimə yaraşmayan "qırmızı" oldu. Bəlkə də bunu İngiltərə Premyer Liqasında cərimə zərbəsi kimi qiymətləndirməzdilər. Amma söz sahibi o idi. Qərar belə verildi. Oyundan sonra heç kimə etiraz bildirmək düzgün olmazdı. Hər kəs fərqli emosiyada idi. Futbolçularım diqqətli olmalıdırlar".

Qeyd edək ki, "Bayer 04" - "Qarabağ" qarşılaşmasının 62-ci dəqiqəsində ağdamlıların heyətində Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə qalıb.