Qurumasın deyə belə bişirin
"Toyuq ciyərinin bəzən sərt və qurumuş halda alınmasının əsas səbəbi onun düzgün bişirilməməsidir".
meqale.com xəbər verir ki, bu barədə qida mütəxəssisi Dmitri Bıstrov danışıb. Onun sözlərinə görə ən yayılmış səhv ciyəri zəif odda qızartmaqdır.
"Aşağı temperaturda ciyərin səthində qabıq gec yaranır və daxildən çıxan şirələr tavaya axır. Halbuki düzgün bişirmə prinsipi odur ki, əvvəlcə yüksək temperaturda səthdə qabıq əmələ gəlsin və şirə içəridə qalsın. Ancaq bundan sonra odu azaltmaq və bişirməni tamamlamaq olar", - deyə o bildirib.
Ekspert əlavə edib ki, ciyəri hər tərəfdən 3-5 dəqiqədən çox qızartmaq olmaz. "Əgər onu tavada çox saxlasaq, ciyər sərtləşir və quruyur".
Duz və ədviyyatları bişirməzdən əvvəl əlavə etmək də səhvdir. "Ət üçün bu üsul uyğun olsa da, ciyərdə duz bişmə zamanı qurumağa səbəb olur. Ona görə duz və ədviyyatları yalnız bişirmənin sonunda və ya süfrəyə verilməzdən əvvəl əlavə etmək lazımdır".
Bıstrov həmçinin məsləhət görüb ki, ciyəri bişirməzdən əvvəl yarım saat ərzində südə islatmaq lazımdır. Bu üsul yeməyə daha yumşaq və krem kimi dad verir. "İsladıldıqdan sonra ciyəri pərdələrdən və öd yollarından təmizləmək, soyuq suda yaxalayıb kağız dəsmallarla qurulamaq lazımdır" - deyə o vurğulayıb.
Ciyər yaxşı qızdırılmış tavada az miqdarda yağla bişirilməlidir. "Ciyərin ortası artıq çəhrayı rəng almağa başlayanda o, hazır sayılır. Tamamilə boz rəng alana qədər qızartmaq ciyərin həm dadını, həm də yumşaqlığını azaldır".
Ekspert əlavə edib ki, ciyəri bişirildikdən dərhal sonra süfrəyə vermək lazımdır, çünki soyuduqca ciyər sərtləşir və dadını itirir.