“Quska”nın həbs müddəti uzadıldı
Yenidən cinayət məsuliyyətinə cəlb edilən "Quska" ləqəbli sabiq deputat Hüseyn Abdullayevin həbsdə saxlama müddəti uzadılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Hakim ilkin istintaq hərəkətlərinin aparılmasına hər hansı maneə yaradılmaması üçün H.Abdullayevin həbs müddətinin 3 ay uzadılmasına qərar verib.
Məlumatı "Quska"nın vəkili Ceyhun Yusifov saytımıza təsdiq edib. Vəkil qərardan tam narazı qaldıqlarını, yaxın günlərdə apellyasiya şikayəti verəcəklərini əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda 6 illik həbs müddəti başa çatan Hüseyn Abdullayevə qarşı yeni ittiham irəli sürülüb. O, bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir.