Qvineyada yanacaq anbarının partlaması nəticəsində ölənlərin sayı 23-ə çatıb
Qvineyanın paytaxtı Konakrinin mərkəzində yanacaq anbarında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 23-ə çatıb.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi Qvineya hökumətinin bəyanatına istinadən məlumat yayıb.
Agentlik bildirib ki, hadisə zamanı daha 241 nəfər xəsarət alıb. İtkin düşənlərin sayı məlum deyil.
Xatırladaq ki, bundan əvvəl Qvineya hökuməti 18 nəfərin öldüyünü, 200-dən çox insanın yaralandığını bildirmişdi.
Konakridə böyük yanacaq anbarında güclü yanğın dekabrın 17-də baş verib.