Rahid Əmirquliyev: “Qarabağ”ın səfər matçının nə qədər çətin keçəcəyini bilsəm belə...”

"Qarabağ" "Bayer"ə qarşı çox yaxşı oyun nümayiş etdirdi".

Rahid Əmirquliyev: “Qarabağ”ın səfər matçının nə qədər çətin keçəcəyini bilsəm belə...”
"Qarabağ" "Bayer"ə qarşı çox yaxşı oyun nümayiş etdirdi".

Bunu İdman.bizə "Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev deyib.

O, UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın "Bayer"lə (2:2) Bakıdakı oyununu dəyərləndirib. Veteran futbolçunun sözlərinə görə, Azərbaycan çempionu uzun müddətdir məğlubiyyətin nə olduğunu bilməyən almanlara qarşı çox yaxşı mübarizə aparıb: "Xüsusilə də birinci hissəni qeyd edərdim. 2:0 hesabı ilə önə keçdik. İkinci yarıda isə təəssüflər olsun ki, səhvlərimiz ucbatından qollar buraxdıq. Düşünürəm ki, bu nəticə "Qarabağ"ın hansısa çatışmazlığı ucbatından olmadı. Sadəcə, rəqib ikinci hissədə hər şeyi ələ alaraq çox yaxşı ustalıq nümayiş etdirdi. Alonsonun peşəkarlığı və güclü oyunçular bu qarılaşmanın taleyini həll etdi. Həm fiziki, həm sürətli oyun taktikası bizim futbolçuları üstələdi. Səfər matçının nə qədər çətin keçəcəyini bilsəm belə, "Qarabağ"ın yaxşı mübarizə aparacağına inanıram".

Qeyd edək ki, "Bayer" - "Qarabağ" oyunu isə martın 14-də "Bay Arena"da baş tutacaq.