Rahil Məmmədov rəsmən Polşa klubunda

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Polşanın LKS klubuna keçidi rəsmiləşib.

Rahil Məmmədov rəsmən Polşa klubunda
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Polşanın LKS klubuna keçidi rəsmiləşib.

meqale.com qol.az-a istinadən xəbər verir ki, bu barədə Lodz təmsilçisinin saytı məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.

Əlavə edək ki, LKS hazırda Polşa çempionatının turnir cədvəlində 10 xalla sonuncu - 18-cidir.