Ramazan ayının yeddinci gününün iftar və namaz vaxtları - FOTO
Bu gün Ramazan ayının yeddinci günüdür.
meqale.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 17-də iftar vaxtı 19:04-dədir.
Martın 17-si üçün namaz vaxtları:
Sübh azanı 05:28 Zöhr azanı 12:49 Əsr azanı 17:03 Məğrib azanı 19:04 İşa azanı 20:05
Yeddinci günün iftar vaxtı üçün duanı təqdim edirik:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla".