Rəisinin şərəfinə tarixi yer adı dəyişdirildi
İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı Şərqi Azərbaycan əyalətinin Vərziğan mahalının Dizmar bölgəsinin adı dəyişdirilərək "Şəhid cümhur" ("Cümhur şəhidi") qoyulub.
                        meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə İran mediası məlumat yayıb.
İranın Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri Əli Səlaciqə mediaya açıqlamasında bunun İbrahim Rəisinin xatirəsini əbədiləşdirmək məqsədilə edildiyini deyib.
Qeyd edək ki, Dizmar qoruq ərazisi Şərqi Azərbaycan əyalətinin şimalında Xudafərin, Vərziğan və Culfa rayonlarının qoruq zonasında yerləşən dağlıq və meşəlik ərazidir.