"Remal" siklonu: Bir milyon insan evlərini tərk etdi
Güclü "Remal" siklonu səbəbindən Banqladeş və Hindistanda 1 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.
                        meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Banqladeş Meteorologiya İdarəsinin məlumatına görə, fırtına yerli vaxtla saat 20:00-da ölkənin cənub-qərbinə çatıb. Küləyin sürəti 120 km/saatdır.
Bildirilib ki, təbii fəlakətdən zərər çəkmiş iki ölkənin ərazilərində bir milyon insan yaşayır. Onlar daha təhlükəsiz yerlərə köçdülər.