Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıya gəldi - FOTO
Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna feysbuk hesabında məlumat yayıb.
O bildirib ki, səfərin ilk günü Ümummilli lider Heydər Əliyev, həyat yoldaşı Zərifə Əliyeva, digər dövlət xadimləri, ziyalıların məzarlarını ziyarətlə başlayıblar.
Eks-spikerin qızı ardınca Şəhidlər xiyabanına gedərək şəhidlərin xatirəsini yad etdiyini söyləyib.