Rus ordusu "sevdiyi bayramda" hücuma keçəcək

Rusiya ordusu mayın 9-dək ölkənin şərqində və digər istiqamətlərdə hücum əməliyyatlarına başlamağı planlaşdırır.

Rus ordusu
Rusiya ordusu mayın 9-dək ölkənin şərqində və digər istiqamətlərdə hücum əməliyyatlarına başlamağı planlaşdırır.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu "Polad Sərhəd" sərhəd dəstəsinin mətbuat xidmətinin rəhbəri İvan Şevtsov bildirib.

"Putinin timsalında düşmən müəyyən vaxtları sevir və indi onların müddəti mayın 9-dur. Onlar belə bayramları sevirlər və məhz mayın 9-da düşmən həm Ukraynanın şərqində, həm də digər istiqamətlərdə hücum əməliyyatlarına başlamağı planlaşdırır. Lakin Müdafiə Qoşunları, o cümlədən sərhədçilər də buna hazırdırlar", - Şevtsov vurğulayıb.

O, əmin olduğunu bildirib ki, rus ordusunun istənilən istiqamətdə irəliləyiş cəhdlərinin qarşısı alınacaq.