Rusiya-Gürcüstan sərhədi bağlanır - Sabahdan
Gürcüstan-Rusiya sərhədindəki "Kazbegi" keçid məntəqəsi avqustun 6-da müvəqqəti olaraq bağlanacaq.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Tiflis vaxtilə saat 05:00-dan 10:00-a qədər texniki işlərlə əlaqədar keçid məntəqəsi bağlı olacaq. Hazırda 4 mindən çox yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir.