Rusiya klubunun 2 futbolçusu eyni gündə öldü - FOTO
Rusiyanın "POZ-Proqress" minifutbol klubunun iki futbolçusu Yan Juravlyov və Daniil Xilobok eyni gündə vəfat ediblər.
meqale.com xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Y.Juravlyov 32, D.Xilobok isə 33 yaşında idi. Hər iki futbolçu 15 fevral gecəsi, yuxuda olarkən ölüblər.