Rusiya Lvovu raketlə vurdu: Ölənlər var
Rusiya ordusu Ukraynanın Lvov vilayətinə raket zərbələri endirib
meqale.com xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Səhər saat 07:00-a olan məlumata görə, hücum zamanı 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Fövqəladə Hallar Dövlət Xidməti 7 nəfəri xilas edib, 64 nəfər isə təxliyə edilib", - məlumatda bildirilib.