Rusiya Xarkovda yaşayış binasını raketlə vurdu - ölənlər və yaralananlar var
Rusiya hərbi aviasiyasının Xarkovdakı yaşayış binasına raket zərbələri nəticəsində 4 nəfər dinc sakin ölüb, 28 nəfər isə yaralanıb.
                        meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "unian" xəbər yayıb.
Bildirilib ki, binada şiddətli yanğın başlayıb, bundan sonra isə tikilinin bir hissəsi çöküb.
Yaxınlıqdakı bir neçə avtomobil də raket zərbələrindən alışıb.