Rusiyada dəhşətli epidemiya qeydə alındı
Rusiyada yaddaş itkisinə və hallüsinasiyalara səbəb olan xəstəlik epidemiyası qeydə alınıb.
                        meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Söhbət Malta qızdırmasından gedir - bu xırdabuynuzlu heyvanların bruselyozudur. Epidemiya Samaranın Kuybışevski rayonundakı yardımçı təsərrüfatın ərazisində aşkarlanıb. Xəstəlik insanlara ət, süd, pendir kimi tam işlənməmiş qidaların qəbulu ilə keçir.