Sahə rəisindən eskalatorun qırılmasına REAKSİYA: "Normal bir şeydir" - YENİLƏNİB
Bakıda İncəsənət Gimnaziyasının yaxınlığındakı yeraltı keçiddə qırılan eskalatorun ətrafı təhlükəsizlik səbəbi ilə lentlənib.
Ərazidə olan nəzarətçi isə baş verən faktı təsdiqləyib.
O, hadisə anını belə şərh edib:
"Çıxdığı yerdə qəfil dayandı. 3 nəfər idilər. Biz onlara kömək etdik".
Sahə rəisi də məsələyə münasibət bildirib:
"Orada elə bir hadisə baş verməyib. Sadəcə olaraq, eskalatorla qalxanda biri müvazinətini itirib yıxılıb. Normal bir şeydir. Hamı yıxılır", - deyə o vurğulayıb. (baku.tv)
----------- Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb.
meqale.com oxuya istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 18 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Müşfiq küçəsi, İncəsənət Gimnaziyası yaxınlığından təcili çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.