Şahmatçımız Fransa çempionu oldu

Fransada şahmat üzrə komandalar arasında çempionat keçirilib.

Şahmatçımız Fransa çempionu oldu
Fransada şahmat üzrə komandalar arasında çempionat keçirilib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.

Yekunda heyətində azərbaycanlı şahmatçı Rauf Məmmədovun çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Rauf Məmmədov 6 oyunda iştirak edib. Şahmatçımız 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.