Şahramanyana qarşı yeni cinayət işi başlandı
Qarabağda ləğv edilmiş separatçı rejimin sonuncu "lider"i Samvel Şahramanyana qarşı yeni cinayət işi başlanıb.
                        meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Şahramanyan xidməti avtomobilini Ermənistan Respublikası hökumətinə təhvil vermək məcburiyyətində olsa da, onu təhvil verməyərək mənimsəyib.
Söhbət iyunun əvvəlində xüsusi təyinatlılar tərəfindən ələ keçirilən "Toyota Kəmri" avtomobilindən gedir. İyunun 7-də avtomobil "artsax" nümayəndəliyinin həyətindən müsadirə edilib.