Şahzadənin qızları diqqət mərkəzində
Şahzadə Endryu və Sara Ferqyusonun qızları, Beatris və Yevgeniya valideynləri ətrafında yaranan qalmaqala görə diqqət mərkəzinə düşüblər.
                        meqale.com xarici mediaya istinadən xəbər verir ki, III Çarlzın yaxın günlərdə Endryunun titul və rütbələrinin ləğvi ilə bağlı prosesi rəsmi şəkildə başladığı bildirilir. Bundan əlavə, kralın qardaşı və keçmiş həyat yoldaşı Kral Lojasını tərk edərək yeni bir iqamətgaha köçmək məcburiyyətində qalıblar.
"Page Six"in məlumatına görə, kral ailəsi üzrə ekspert bu vəziyyətin Endryunun ailəsi, xüsusilə də qızları üçün ciddi nəticələr doğura biləcəyini qeyd edib. Ekspertin sözlərinə görə, şahzadələr Beatris və Yevgeniya titullarından könüllü şəkildə imtina etmək qərarına gələ bilərlər:
"Onlar indiyə qədər məsələni sakit şəkildə, danışıqlar yolu ilə həll etməyə çalışıblar. Ancaq görünür, indi sadəcə geri çəkilib daha sakit bir həyat sürmək istəyə bilərlər".