Santuş millinin heyətini nə vaxt açıqlayacaq?

Azərbaycan millisinin heyətinin açıqlanacağı vaxt bəlli olub.

Santuş millinin heyətini nə vaxt açıqlayacaq?
Azərbaycan millisinin heyətinin açıqlanacağı vaxt bəlli olub.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Avqustun 30-da, saat 11:00-da Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında yığmanın Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda İsveç və sentyabrın 8-də Koşitsedə Slovakiya milliləri ilə oyunlar üçün heyəti açıqlanacaq.