"SƏBA" şirkətinin avtomobili qəzaya düşdü, ölən var - YENİLƏNİB - VİDEO
13:59 Biləsuvarda baş verən qəzada ölən və yaralanan şəxslər Lənkəran rayon sakinləridir.
meqale.com APA-ya istinadən bildirir ki, Ələt-Astara magistralının 88-ci km-də Biləsuvar rayonu ərazisində baş verən qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsində olan Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, onların idarə etdiyi nəqliyyat vasitəsi "SƏBA" şirkətinə məxsus olub.
Faktla bağlı araşdırma davam etdirilir.
------- 11:58 Bu gün Ələt-Astara magistralında ağır yol qəzası baş verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, İrana məxsus olan iki ağırtonnajlı yük maşını (TIR) toqquşub. Nəticədə sürücülərdən biri hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb.
Dəhşətli qəzanın baş verdiyi yerdən görüntüləri təqdim edirik: