Seçkilər demokatik dəyərlərə, beynəlxalq hüquqa uyğun keçirilib - TürkPA

Azərbaycanın dəvəti ilə parlament seçkilərini müşahidə etdik.

Seçkilər demokatik dəyərlərə, beynəlxalq hüquqa uyğun keçirilib - TürkPA
Azərbaycanın dəvəti ilə parlament seçkilərini müşahidə etdik.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Türk Parlament Asambleyasının nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Zenbilci deyib.

Onun sözlərinə görə, TürkPA üzv ölkələr arasında əlaqələri gücləndirmək üçün çalışmaqdadır.

"2010-cu ildən TürkPA nümayəndə heyəti seçkilərdə müşahidələr aparır. Azərbaycanda seçkilər Konstitusiyaya uyğun formada, demokratik, beynəlxalq hüquqa uyğun şəkildə keçirildi. Namizədlərə bərabər şərait yaradılmışdı. Bu seçkilər bütöv Azərbaycanda ilk parlament seçkiləri olaraq tarixə düşdü".

A.Zenbilci qeyd edib ki, TürkPA beynəlxalq müşahidə missiyası olaraq bir sıra görüşlər keçirdi.

"Seçkilərə hazırlıq, qaydaların hazırlanması, seçki prosesi, şikayətlərin cavablandırılması barədə ətraflı məlumat almışıq. Missiyamız Bakı, Şamaxı və Qobustanda keçirilən seçkləri müşahidə edib. Nümayəndə heyətimiz Azərbaycanda keçirilən parlament seçkilərinin demokatik dəyərlərə, beynəlxalq hüquqa uyğun şəkildə keçirildiyi qənaətinə gəlib".

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.