Seçkilərin dinc və təhlükəsiz başa çatması bizi çox sevindirir - Türkiyə səfiri
Müstəqilliyinin bərpasının 33-cü ildönümündə qardaş Azərbaycanın bütün ərazisində, o cümlədən, işğaldan azad edilmiş Qarabağda keçirilən parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir.
                        meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "X" sosial media hesabındakı paylaşımında bildirilib.
"Ümid edirik ki, seçkilərin nəticələri və Milli Məclisin yeni tərkibi qardaş Azərbaycan xalqına və dövlətinə xeyirli olacaq", - deyə səfir əlavə edib.