Seçkilərlə bağlı seçici fəallığı məlum oldu
Azərbaycanda dünən keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığı məlum olub.
                        meqale.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında qeyd edilib.
Bildirilib ki, 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsinin hamısından məlumatlar MSK-ya daxil olub.
Parlament seçkilərində seçici fəallığı 37,24 faiz təşkil edib.