Səhiyyə Nazirliyindən qızılca ilə bağlı valideynlərə ÇAĞIRIŞ
Qızılcanın xüsusi müalicəsi yoxdur. Sadəcə immuniteti gücləndirən müalicə aparılır.
meqale.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova deyib.
O qeyd edib ki, qızılca xəstəliyinə tutulan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir.
"Uşaqlarda optimal gündəlik rejimin təmin edilməsi vacibdir. Kifayət qədər yuxu və fiziki fəaliyyətin azalması virusla mübarizə aparmağa kömək edir. Gözlərdə konyunktiviti olan uşaqlarda gözləri yumşaq bir şəkildə təmizləmək lazımdır və parlaq işıqlardan qaçınmaq həmin narahatlığı azaltmağa kömək edir. Yüksək temperatur zamanı qızdırmasalıcı dərmanlar qəbul etmək olar.