Şəkidə maşınlar toqquşdu, 5 nəfər yaralandı

Şəkidə yol qəzasında xəsarət alanların sayı 5 nəfərə çatıb.

Şəkidə maşınlar toqquşdu, 5 nəfər yaralandı
Şəkidə yol qəzasında xəsarət alanların sayı 5 nəfərə çatıb.

meqale.com report-a istinadən xəbər verir ki, qəza zamanı 5 nəfər - 1989-cu il təvəllüdlü Təbriz Tehran oğlu Hüseynov, 1994-cü il təvəllüdlü Cavad Tehran oğlu Hüseynov, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov, 1949-cu il təvəllüdlü Çingiz Kamal oğlu Səmədov və 1990-cı il təvəllüdlü Turqut Rizvan oğlu Abbaszadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yol qəzası Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" və "Hyundai" markalı avtomobilləri toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.