“Selena"nın Nazlısı ərə gedir - FOTO

"Selena" serialında Nazlı obrazı ilə tanınan aktrisa Dilara Kurtulmuş sevindirici xəbəri izləyiciləri ilə bölüşüb. 

“Selena
"Selena" serialında Nazlı obrazı ilə tanınan aktrisa Dilara Kurtulmuş sevindirici xəbəri izləyiciləri ilə bölüşüb. 

meqale.com xəbər verir ki, aktrisa bir müddətdir münasibətdə olduğu sevgilisi Umutcan Ekmezdən evlilik təklifi alıb.

Xoşbəxt anlarını sosial şəbəkədə paylaşan Kurtulmuş təklifi qəbul etdiyini "Mən də hə dedim" qeydi ilə elan edib.

Paylaşım qısa zamanda böyük maraq doğurub, pərəstişkarları və dostları cütlüyə təbrik mesajları ünvanlayıblar.