Sənaya hava zərbələri endirildi

"Husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Səna hava hücumlarına məruz qalıb.

Sənaya hava zərbələri endirildi
"Husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Səna hava hücumlarına məruz qalıb.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "Al-Masirah" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, ümumilikdə 8 hava zərbəsi endirilib. "Al-Arabiya" telekanalının verdiyi məlumata görə, hücum ABŞ və Böyük Britaniya Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ ordusu dekabrın 30 və 31-də husilərin hədəflərinə bir sıra zərbələr endirib.